Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Çinin rəsmi mətbuat orqanı “Global Times” məlumat yayıb.
Qurum bildirir ki, Çinin ən böyük gəmiqayırma şirkəti “China Shipbuilding İndustry Corporation” (CSIC) iddialı texniki inkişaf siyahısı təqdim edib. Şirkət bununla 2025-ci ilə qədər Çin donanmasının silahlanmadakı inkişafını gücləndirməyi düşünür.
“Nüvə güclü aviadaşıyıcı, yeni tipli, səssiz sualtılar, pilotsuz ağıllı sualtı müdafiə sistemləri kimi önəmli addımları sürətləndirməliyik”, - deyə şirkətin internet saytında qeyd olunub.
Ağalar Ağalarlı
Ordu.az