ABŞ-ın yeni nəsil hücum tüfəngi tank qədər güclüdür

2018/02/567567_1519806233.jpg
Oxunub: 2602     16:22     28 Fevral 2018    
ABŞ ordusu yeni hücum tüfənginin ən qabaqcıl bədən zirehlərini belə dəlməyə qadir döyüş tankı qədər güclü olduğunu iddia edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ordunun yaydığı məlumata görə, işlər hazırki səviyyədə davam etdirilə bilsə, bu tüfənglər gözləniləndən daha tez bir vaxtda əsgərlərə paylanıla bilər.

Sözügedən yeni nəsil silah sistemləri olan Yeni Nəsil Bölük Avtomatik Tüfəng 6,5-6,8 mm-lik mərmilərdən istifadə edir. Onun 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, ilkin plana görə, 2025-ci ildə istifadəyə verilməsi gözlənilən bu tüfənglər ABŞ ordusunun hazırda istifadədə olan 800 min ədəd M249 tüfənglərini əvəzləyəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin