ABŞ donanmasının təyyarə qaldırma metodu problemlərlə üzləşir

2018/02/received_2483282345231252_1519663999.jpeg
Oxunub: 1901     01:29     27 Fevral 2018    
60 ildən çoxdur ki, ABŞ donanması təyyarələri aviadaşıyıcıların göyərtəsindən qaldırmaq üçün buxar enerjisindən istifadə edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, yeni nəsil aviadaşıyıcıları daha mürəkkəb texnologiyadan, elektromaqnit sistemdən istifadə edəcək.

Bu sistem aviadaşıyıcının göyərtəsindən daha çox və daha sürətli təyyarə qaldırmağa imkan verir.

Lakin San Dieqoda yerləşən müdafiə şirkəti “General Atomics”in layihəsi olan bu texnologiyanın hazırlanması bəzi problemlərlə üzləşib. Sistemin hazırlığı, yeni sinif aviadaşıyıcı olan “USS General R. Ford”a istifadə olunan digər yeni sistemlərlə müqayisəsi əsas müzakirə mövzusudur. “Ford” ötən yay istifadəyə verilsə də, konkret əməliyyat üçün yerləşdirilə bilən olması üçün əlavə sınaqlara daxil edilməlidir.

Qeyd edək ki, Çin də hazırda hazırlamaqda olduğu aviadaşıyıcısında elektromaqnit sistemdən istifadə etməyi planlaşdırır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Aviadaşıyıcı  


Bizi "telegram"da izləyin