Əbu Dabidəki sərgidə yeni PUA nümayiş etdirilib

2018/02/received_2483285798564240_1519662047.png
Oxunub: 2982     01:08     27 Fevral 2018    
Dünən Əbu Dabidə Pilotsuz Sistemlər Sərgisi və Konfransı (UMEX) və Təqlidi Sərgi və Konfransın (SimTex) açılışı baş tutub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sərgidə ən müasir dronlardan biri nümayiş etdirilib.

Yeni hədəf dronu olan “Mirach-40” (M-40 yerüstü hava müdafiə artilleriya təlimləri, hava hədəf simulyasiyaları kimi təlim missiyaları üçün uyğundur.

M-40 bir sıra düşmən hava təhdidini təqlid edə bilir. O, bu qabiliyyəti ilə personala yer-hava radar güdümlü raket sistemləri kimi silah sistemləri ilə təlim keçməyə imkan yaradır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əbu-Dabi   PUA  


Bizi "telegram"da izləyin