XTQ-nin silahlanması: Qərb mütəxəssislərinin texnologiya və məhsullara baxışı - ARAŞDIRMA (II Yazı)

2018/02/456456_1519458488.jpg
Oxunub: 3381     15:37     24 Fevral 2018    
(II yazı. I yazını Ordu.az oxuya bilərsiniz)

Hücum tüfəngləri

Əksər hallarda XTQ qatlanan, qısalüləli və ya standart hücum tüfənglərinin yığcam teleskopik qundağa malik variantları ilə təchiz olunur. Onlar dəqiqlik, zərbə və məsafə baxımından faktiki itkilərə məruz qalmasına baxmayaraq, xüsusi əməliyyatlar üçün daha əlverişli hesab olunurlar. Bu qaydalara uyğun gələn ən son nümunələrə misal olaraq Colt CAR-15 (sonralar M4 "Komando"/XM177) və Rusiyanın AKSU-74 silahını misal göstərmək olar. Son yenilikləri sübut mexanizmləri kimi "Galil" tüfəngləri əsasında hazırlanan İsrailin IWI “Galil ACE” tüfəngləridir. Teleskopik qundağa malik tüfəng 5,56-mm mərmi üçün nəzərdə tutulub. ACE müxtəlif uzunluqlarda olan üç lülə ilə təklif olunur.


Kollimator nişangahının prinsipi. Linza qırmızı bir obyektin virtual təsvirini (yuxarıda) yaratmaq üçün istifadə olunur. Təsvirin kollimasiyası hesabına əks olunan linzadan (ortada) və ya sınan linzadan (aşağıda) istifadə edərək, bir görüntü sonsuza qədər proyeksiya oluna bilər


2004-cü ilin əvvəllərində ABŞ Xüsusi Əməliyyat Qüvvələri Komandanlığı (USSOCOM) XTQ üçün alınacaq döyüş hücum tüfəngləri ilə bağlı bir sıra tələblər (Special Forces Combat Assault Rifle - SCAR) irəli sürdü. Əsas tələblər iki fərqli kalibr, ehtiyat hissələrin qarşılıqlı əvəzolunması və yüksək erqonomikadan ibarət idi. Ön seçimdəki ilk testlərdən sonra "FN Herstal" tərəfindən hazırlanan SCAR sistemi Komandanlığın ilk və yeganə seçim variantı olaraq qaldı. SCAR sistemi iki tətbiq edilə bilən tüfəng platformalarından ibarətdir: 5,56x45 mm NATO SCAR-Light (və ya SCAR-L) və 7.62x51 mm NATO SCAR-Heavy (və ya SCAR-H) və təkmilləşdirilən qumbaraatandan (EGLM ya FN40GL). Hər iki SCAR platforması müxtəlif uzunluqlarda iki lüləya sahibdir: uzun məsafələr üçün standart lülə və yaxın döyüş üçün CQC lülələri.

Amerika xüsusi təyinatlı əsgərləri üçün döyüş ləvazimatlarının axtarışı SOPMOD (Special Operations Peculiar Modification - Xüsusi Əməliyyatlar üçün Spesifik Modifikasiya) dəstlərinin inkişaf etdirilməsinə gətirib çıxardı. Bu dəstlər əsasən M4 karabininə kommersiya təyinatlı hazır aksesuarlardan ibarət oldu. SOPMOD dəstləri əvvəlcədən XTQ komandanlığı tərəfindən öz şəxsi heyətləri üçün nəzərdə tutulmasına baxmayaraq, tez bir zamanda özünə xas üstünlükləri sayəsində piyada bölmələri arasında da geniş yayıldı.

Lakin 2003-cü ildə USSOCOM Komandanlığı "Sarsılmaz azadlıq" əməliyyatının açıq mərhələsində SOPMOD dəstlərinin istifadəsinin parlaq nəticələrindən ruhlanaraq xüsusi fərdi tələblər üçün nəzərdə tutulan yeni hücum tüfəngi üçün SCAR (Special Forces Combat Assault Rifle - XTQ üçün döyüş tüfəngi) adlı yeni iddialı bir proqrama start verdi. Əvvəlcə bu proqram üçün çox kalibrli (lülənin və aidiyyəti olan digər detalların əvəz edilməsi metodundan istifadə edilməklə) - həm NATO, həm də Rusiya mərmilərindən istifadə edən modul nəzərdə tutulurdu. Lakin sonradan bu istiqamətdə seçim daraldı: 5,56 mm və 7,62 mm NATO mərmilərində dayanmağa üstünlük verildi. "FN Herstal" kompaniyasının ABŞ-da törəmə şirkəti olan "FNH" inanılmaz qısa müddətə - cəmi 10 aya yeni bir silah ailəsini yaratdı və müqayisəli sınaqları keçirməklə müqaviləni qazandı.

SCAR silahlarının müstəsna rahatlığı USSOCOM şəxsi heyətinə bir tərəfdən şəhər döyüşü üçün çox kompakt 5.56-mm karabindən, digər tərəfdən uzaq məsafələrə yüksək dəqiqlikdə atəş açmaq üçün 7,62 mm karabindən istifadə imkanı verəcək. Ayrıca, dəlib keçmə gücünü artırmaq üçün "H" (Ağır) seçimi də mövcud olacaq. Rahatlıqla 5,56 mm mərmidən 7,62 mm mərmiyə keçmək mümkündür.

SCAR xüsusi olaraq XTQ istifadəsi üçün yaradılan və silahlanma üçün qəbul edilən yeganə qərb hücum tüfəngidir. SCAR hazırda USSOCOM silahlanmasında olan 5 növ tüfəngləri - MK18 CQBR, M4A1, Mk12 SPR, Mk11 SASS və Mk14 EBR əvəz etməlidir.

Texniki baxımından SCAR sonuncu bir variant olduğunu demək daha doğru olardı. SCAR silahlarını SMG və hücum tüfəngləri arasında vasitəçi kimi xüsusi bir kateqoriyaya da aid edilə bilər. 5.56 mm və 9 mm variantlarda mövcud olan silahdır, daha maraqlısı isə odur ki, atıcı asanlıqla bir kalibrdən digərinə keçə bilir.

İkikalibrli silahın əsas məntiqi üstünlüyü XTQ-nin şəxsi heyətinin təlimi üçün bir silahdan istifadənin yetərli olmasındadır.

Bu sinifin tipik yeni bir nümunəsi TAVOR hücum tüfənginə əsaslanan IWI X95 silahlarıdır. Qeyd etmək istərdim ki, IWI şirkəti ilk dəfə Mini-TAVOR kimi tanınan 9 mm silah hazırlayaraq satdı. Bu Mini-Tavor İsrail XTQ-nin tələbi olsa da, sonradan bu modelin ikikalibrli modelinin istehsalına başlandı.


XTQ şəxsi heyəti və maddi ehtiyatları məhv etmək üçün hazırlanan məşhur iriçaplı uzun məsafəli tüfənglərin təşəbbüskarları və ilk istifadəçiləridir. "McMillan" TAC-50 ilə təchiz olunanan ABŞ XTQ əsgəri


IWI X95 - ikikalibrli silah xüsusi kateqoriyasından tipik bir tüfəng. 5,56x45 mərmisindən 9x19 mərmisinə sürətlə keçidə imkan verir


Bir səsboğucusu olan Mk11 snayper tüfəngi ilk növbədə XTQ üçün kommersiya məhsulu kimi hazırlandı, elə o zamandan bəri ABŞ Ordusu tərəfindən də qəbul edildi


Digər hərbi hissələrdən fərqli olaraq, XTQ əsgərləri tapançalara çox böyük maraq göstərir və onlardan həqiqətən də geniş istifadə edir. Şəkildə "Heckler & Koch" HK45 tapancası fəaliyyətdədir

Snayper tüfəngləri

XTQ əsasən sürüşən çaxmaqla təchiz edilən snayper tüfənglərindən istifadəyə üstünlük verir. Digər tərəfdən ordu üçün az maraq kəsb edən səsboğucya malik tüfənglər XTQ üçün həyati dərəcədə əhəmiyyətlidir. İndi vəziyyət nisbətən dəyişir və ABŞ ordusu üçün yeni M110 SASS layihəsi həyata keçirilir.

Finlərin "Vaime SSR" şirkətinin MK 1 (7.62 mm NATO) tüfəngləri çox maraqlı konstruksiyaya malikdir. "Accuracy International AWC" kompaniyasının "Covert" kimi tanınan, qatlanan qundağa və sökülən səsboğucuya malik modellərin daşınması və nəqli çox rahatdır. ABŞ-ın 1-ci SFOD-D xüsusi təyinatlı bölmələri "Covert" tüfəngləri ilə bərabər Britaniyanın 22 SAS və Fransanın PGM "Ultima Ratio/Suppressed" tüfənglərindən istifadə edir. Real səsi boğmaq üçün səs sürətindən aşağı sürətə malik sursat tələb olunur (buna konstruksiyada dəyişiklik etməklə və ya səsboğucunun fəaliyyəti hesabına da nail olmaq mümkündür) ki, bu da atəş məsafəsinin kəskin surətdə - 200-400 metrə qədər azalmasına səbəb olur.

Lakin yerinə yetirdikləri vəzifələrinin xarakterinə uyğun olaraq, XTQ snayperlərinin yarım avtomatik tüfənglərdən istifadə etməsi daha çox ehtimal olunur. Bu səbəblərdən XTQ üçün nəzərdə tutulan mövcud tüfənglər və ya yeni modellər üçün genişləndirilən dəyişiklik, yeni döyüş dəstlərinin qəbuluna gətirib çıxardı. Tipik misal - Amerika Elmi Araşdırmalar Mərkəzinin HDQ üçün yerüstü silah sistemləri hazırlayan "Crane Division" bölməsi tərəfindən hazırlanan NATO 5.56 mm mərmisinə sahib "Mk12Mod0"/1 SPR (Special Purpose Rifle – xüsusi məqsədli tüfəng) silahlarıdır.

Bu silahın korpusu AR15/M16 tüfənglərinə əsaslanır. "Knights Armament" və "Douglas Barrel" şirkətlərinin üzən bərkitmə növlü, paslanmayan metaldan hazırladığı 18 düymlük lülə, M4 (RAS) istiqamətləndiricisi və adapter də yeni "Mk12Mod0"/1 SPR moduluna əlavə edilib. HDQ xüsusi təyinatlı SEALS bölməsi 77 q ağırlığında gülləsi olan Mk262 mərmilərindən istifadə edən SPR tüfəngləri ilə silahlanıb. SPR-ın hazırlanmasından əvvəl, USSOCOM 7,62 mm NATO mərmisinə sahib olan "Mk11Mod0" snayper tüfəngi tətbiq etdi. Bu "KAC" məhsulu olan SR-25 tüfənglərinin yenilənən versiyası idi. Son vaxtlar ABŞ ordusu tərəfindən minimal əlavə dəyişikliklərə mərüz qalan M110 SASS ilə birlikdə "Mk11Mod0" tüfəngləri də silahlanmaya qəbul edilib.

Gəlin Rusiyaya keçək. SVD-S, 7.62x54R mərmiyə və qatlanan qundağa sahib geniş yayılan snayper tüfəngidir. Paraşüt desant qosunları üçün hazırlanan tüfənglər sonradan xüsusi təyinatlı qüvvələr tərəfindən də qəbul edildi. XTQ üçün daha konkret model 1991-ci ildə təqdim olunan SVU-OT 03 tüfəngidir. Bu silah "bullpap" sxeminə əsaslanaraq SVD bazasında hazırlanıb və nisbətən qısa lüləyə sahibdir. SVU-A variantı isə tam avtomatikdir. Xəbər verildiyi kimi, xüsusi təyinatlı qüvvələr silahın kompaktlığı (ümumi uzunluğu 900 mm, ləvazimatsız çəkisi 4 kiloqram) ilə daha çox maraqlanır.

XTQ şəxsi heyəti və maddi ehtiyatları məhv etmək üçün hazırlanan məşhur iriçaplı uzun məsafəli tüfənglərin təşəbbüskarları və ilk istifadəçiləridir. 1983-cü ildə dəniz xüsusi təyinatlı qüvvələri tərəfindən irəli sürülən tələblərdə 1200-1550 m-ə qədər məsafədə hədəfləri dəqiq vurmaq üçün 7,62 mm NATO və 12,7x99 (.50 BMG) arasında aralıq mərmi üçün sifariş ifadə olunurdu. Bu sifariş isə sonralar geniş tətbiq olunan möhtəşəm 338 Lapua Magnum (8.6x70) mərmilərinin yaranmasına səbəb oldu.

Barrett M82A1 / A3 dünyada çox geniş yayılan material hissələri məhv etmək ümün 12,7 mm tüfəngdir. Bu tip silahların avropa analoqlarına "Accuracy International" AW-50 (AS-50 – yarım avtomat versiyası) və PGM Hecate II aiddir.

FSB üçün xüsusi hazırlanan rus dizaynı da çox maraqlıdır. Bu yarım avtomatik "bullpap" sxemli tüfəngdir. Bu lülə daxilinə səsboğucu yerləşdirilən konstruksiyaya, 900-1200 qram ağırlığında bir monolit bürünc gülləyə (güllə uzunluğu məlum deyil) və bu tüfəng üçün unikal səsə qədər sürətə malik 12,7 mm STS-130T mərmilərinə sahibdir.

Pulemyotlar

XTQ üçün yüngül LMG (5,56 mm NATO) və ya universal GPMG (7.62 mm NATO) silahların mövcud olmasına baxmayaraq, döyüşçülər davamlı olaraq istifadə edəcəkləri silahların inkişaf etdirilməsini və yeni şəraitə adaptasiya olunmasını qarşısıalınmaz bir şəkildə arzu edirlər.

Məsələn, 2000-ci ildə USSOCOM, uzun müddətli sınaqlardan sonra M249 LAW (FN Herstal MINIMI) tüfənginin dərin modernləşdirilən versiyası olan Mk46Mod0 LMG (FN Herstal Minimi) silahlarını qəbul etdi. Dəyişikliklər xəzinə əvəzinə lentadan qidalanmanı və lülənin 40 mm qısaldılmasını, daşıyıcı qolun çıxarılmasını, titan ayaqları, yeni qundaq və Pikatinni lövhəsinin üst örtüyə əlavə edilməsini nəzərdə tuturdu. Ümumi uzunluğu 915 mm-ə və çəkisi 5,9 kq-a qədər azaldı.

Demək olar ki, eyni dəyişikliklər GPMG üçün də keçərlidir. USSOCOM daha əvvəl qısa birlüləli, yüngül ayaqlı və ön dəstəkli M60 (M60A3/A4) kompakt versiyasını qəbul etdi. Xüsusi qüvvələrin əlində bu silah çox intensiv istifadə edildiyindən etibarlılığı ilə bəzi problemlər yarandıqdan sonra NATO-nun 7.62 mm çaplı kalibrini saxlayacaq yeni, yüngül LWMG (Light Weight Machine Gun) pulemyotunun hazırlanması proqramına başlanıb. Müsabiqə yenə də "FN Herstal" tərəfindən qazanıldı. USSOCOM Komandalığı layihəni MK48Modo kimi təsnif etdi. Mk46-da olduğu kimi ümumi konfiqurasiya qorunurdu, ancaq daha ağır və üzün idi - 1010 mm ümümi uzunluğa, 502 mm lülə uzunluğuna və 8.28 kq daha ağır çəkiyə malik idi. XTQ istifadəsi üçün nəzərdə tutulan digər qərb LMG silahları arasında "NEGEV COMMANDO", "H & K" MG4E və "Denel Mini" SS və SS77 "Compact" pulemyotlarını qeyd etmək olar.

Maraqlıdır ki, rus silah istehsalçıları tam tərs inkişaf yolu seçdilər. Qərbdən fərqli olaraq Rusiyada daha əvvəllər bu yüngül və yığcam pulemyotlara tələbat yox idi. RPD, RPK-74 və PKMS kimi silahlar ordunun tələbatını tam ödəyirdi. Əfqanıstanda və sonralar Qafqazdakı döyüş təcrübəsi, xüsusi təyinatlı qüvvələri manqanın (qrupun) avtomatik silahlarına qarşı öz tələblərini ifadə etməyə gətirib çıxardı. Bu tələbi qarşılamaq üçün "Toçmaş" Elmi Tədqiqat Mərkəzi PKM versiyası kimi ağır lüləli və nəhəng 7,62x54R mərmiyə sahib "Peçeneq" istehsal etdi. Tez dəyişən lülə hesabına çəkisinin bir az azalmasına nail olunsa da, 8,7 kq ağırlığında "Peçeneq"in digər dəyişikliklər hesabına çəkisini əhəmiyyətli dərəcədə azalda bilmədi. Xüsusi təyinatlı qüvvələr isə görünür, uzaq məsafədən səmərəli və dəqiq atəş aparmaqda daha maraqlıdır. Bu isə güclü mərminin ağır dəyişdirilməyən lülə ilə kombinasiyası vasitəsilə mümkündür. Silah kimi, manqanın avtomatik pulemyotları əvvəl araşdırılan yüngül LMG və ya MG silahları ilə qarışdırılmamalıdır.


Fin dəniz döyüşçusünün əlində 9x19 SMG mərmisindən istifadə edən səsboğuculu MP-5SD silahı


SOPMOD modifikasiya dəsti ilə 5,56 mm M4 tüfəngi hazırda Amerika XTQ-nin əsas fərdi silahıdır


Çin hərbi dəniz xüsusi qüvvələrinin 40 mm AG91 avtomatik lüləaltı qumbaraatan quraşdırılan Tip 95. 5,8x42 hücum tüfəngi ilə silahlanan əsgəri



PDW üçün bazar, məsələn "FN Herstal" P90 üçün mövcuddur, amma başlanğıcda gözlənilən qədər böyük deyil

Rusiya XTQ hazırda PKM silahlarının yeni AEK-999 "Barsuk" versiyasını inkişaf etdirilməsini qiymətləndirir. Bu pulemyot bir sıra əlavə təkmilləşdirmələrə məruz qalıb, məsələn yeni ön dəstəyinə, mürəkkəbləşən ağız əyləcinə/alov söndürücüsünə, bir qədər azalan lülə uzunluğuna (605 mm) və xüsusi səsboğucuya sahiblənib.

Xüsusilə, XTQ üçün xüsusi silahların maraqlı modeli kimi yeni 40 mm Mk47 STRYKER avtomatik qumbaraatanını qeyd etmək olar. XTQ tərəfindən heç bir xüsusi tələblər irəli sürülmədən USSOCOM Komandanlığı üçün hazırlanıb. Əslində standart Mk19 silahlarını dəyişdirmək üçün nəzərdə tutulurdu. Lakin, silahın çox yüksək dəyəri, eləcə də xüsusi sursatının kontaktsız partlayıcısı, Pentaqonun bu silahın istehsalını və paylanmasını məhdudlaşdırmasına gətirib çıxardı. Silahın XTQ-yə az miqdarda da olsa qəbul edilməsinin tək məntiqli əsaslandırması, onun xüsusi təyinatlılarda intensiv hazırlığından və gözlənilən ən yaxşı döyüş keyfiyyətlərinin mükəmməl olmasından ibarət olardı ki, bu da silahın həddindən artıq xərclərini doğrultmasına səbəb olardı.

Analiz Aleks Alekseyevin yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin