Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sistem Estoniyaya iki ölkənin Hərbi Hava Qüvvələri ilə əməkdaşlığı praktiki yoxlamaq üçün gətirilib.
Həmçinin sistemlər sabah Tallində Estoniyanın Müstəqillik günü münasibətilə baş tutacaq hərbi paradda da iştirak edəcək. Estoniyaya gətirilən “Patriot”ların Birləşmiş Ştatların 10-cu Hərbi Hava və Raketdən Müdafiə Komandanlığına aid olduğu bildirilib.
Qeyd edək ki, MIM 104 “Patriot” mobil yer-yer raket sistemləri dünyadakı ən qabaqcıl sistemlərdən biridir. Raketin növündən asılı olaraq onun atış məsafəsi 160 kilomterə qədər arta bilir. Maksimum 25 kilometr yüksəklikdə uçmağa qadirdir.
Ağalar Ağalarlı
Ordu.az