Ordu.az “Fox news”a istinadən xəbər verir ki, bu barədə İrs Fondunun raketdən müdafiə sahəsi üzrə eksperti Mixayla Doci bildirib.
“O çox qabaqcıl texnologiya, mürəkkəb raket elmidir. Bu, sanki bir gülləni başqa bir güllə ilə vurmağa bənzəyir. Lakin, biz bunu bacardıq və bu, bizim üçün mükəmməl xəbərdir”, - deyə Doci vurğulayıb.
Sistem “Raketi Öldürmək üçün Miniatür Zərbə” adlanır (MHTK). O “Lokheed Martin” tərəfindən hazırlanıb. Raket səsdən iki dəfə sürətli uçur və hədəfi kinetik enerji ilə toz halına gətirir.
Raket gələn mərmini radar sistemi ilə təsbit edir və uçuş əsnasında öz rotasiyasını hədəfə uyğun olaraq davamlı nizamlayır.
Ağalar Ağalarlı
Ordu.az