“ANKA” yeni mühərriklə ilk uçuşunu həyata keçirib

2018/02/1456456845645146_1519305725.jpg
Oxunub: 3196     21:12     22 Fevral 2018    
Türkiyənin Pilotsuz Uçuş Aparatı (PUA) "ANKA" "ANKA-S" Mühərrik Modifikasiya Layihəsi çərçivəsində ölkə daxilində hazırlanan yeni mühərriklə ilk uçuşu həyata keçirib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bir neçə xüsusiyyət üzrə sınaqdan keçirilən uçuş uğurla nəticələnib.

Qeyd edək ki, "Türkiyə Aerokosmos Sənaye" şirkətinin istehsal etdiyi mühərrik 155 at gücünə malikdir. O, 30 min fut yüksəklikdə uça və 165 kiloqram ağırlıq daşıya bilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ANKA   PUA  


Bizi "telegram"da izləyin