Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, süni zəka sahəsində bütün dünyada ortaya çıxan "start-up"ların artım sürəti böyük sürətlə yüksəlir. 2017-ci illə 2016-cı ili müqayisə etdikdə 141%-lik artım olduğunu görə bilərik. ABŞ bu sahənin əsas mərkəzi olaraq qalsa da, Çinin cəlbedici maliyyə yatırımı baxımından daha yaxşı mövqedə olduğu nəzərə çarpır. Bunun bir hissəsi hökumətin ayağına yazıla bilər, lakin bu vəsait tədqiqat üçün ayrılırsa, pulun hardan gəlməsi əhəmiyyətsizdir.
CBI-nin hesabatına görə, 2017-ci il ərzində süni zəkaya qlobal olaraq 15,2 milyard dollar vəsait yatırılıb ki, bunun da 48%-i Çin, 38%-i ABŞ şirkətlərinə aiddir. Təkcə bu mənada 2016-cı ildə Çin şirkətlərinin 11,3%-ə sahib olduğunu demək bu şirkətlərin rolunun hansı sürətlə artdığını göstərmək üçün kifayyətdir.
Yuxarıda qeyd edildiyi kimi, həmin vəsaitin bir hissəsi hökumətin payına düşür. Bu özlüyündə risklər doğursa da, ABŞ yenə də statistikadan narahatdır. Süni zəka texnologiya sənayesinin gələcəyidir. Onun qısa müddətdə digər texnologiya sahələrini geridə qoyacağı gözlənilir. Çin hökuməti isə öncədən sektorda öz liderliyini təmin etməyə çalışır.
Ağalar Ağalarlı
Ordu.az