Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu ifadələri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib.
Beştəpə Millət Mədəniyyət və Konqres Mərkəzində 11-ci İnkişaf Planı Təqdimat İclasında çıxış edən Ərdoğan Türkiyənin pilotsuz tanklar da istehsal edəcəyini bildirib.
Daha sonra Türkiyənin PUA istehsal etməsinə toxunan Ərdoğan aşağıdakı fikirləri səsləndirib:
“Əgər hazırda PUA-ları özümüz istehsal etməsəydik, bir dənəsi vurulan kimi nə edəcəyik deyə fikirləşərdik. Amma düşünmürük. Vurursuzsa, vurun. İkincisi, üçüncüsü, dördüncüsü var, gəlin”.
Ağalar Ağalarlı
Ordu.az