Dünyanın ilk tam modullu tapançası yaradıldı

2018/02/787_1519218451.jpg
Oxunub: 3579     22:31     21 Fevral 2018    
Birləşmiş Ştatlarda dünyanın ilk tam modullu tapançası yaradılıb.

Ordu.az Topwar.ru saytına istiandən xəbər verir ki, bu barədə Guns.com portalı məlumat yayıb.

Tapançanın istehsalçısı olan “ZRO Delta” şirkəti silahlı “Genesis Z9” adlandırıb.

Məlumatda qeyd edilir ki, “Genesis Z9” öz analoqları ilə müqayisədə daha modullu, erqonomik, dəqiq olmaqla yanaşı, öz sinfi üçün ideal silah sayılır.

Silahın modulluğu eyni anda onun hissələrinin dəyişdirilməsi imkanının mümkünlüyüdür. Bunun nəticəsində silahın kalibri, dəqiqliyi, atəş məsafəsi və s. kimi göstəricilərini tənzimləmək tamamilə realdır.

Silahın daha bir üstünlüyü onun polimerdən yox, aliminiumdan hazırlanmasıdır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Genesis-Z9  


Bizi "telegram"da izləyin