Ordu.az Topwar.ru saytına istinadən xəbər verir ki, bu barədə “Suxoy” şirkəti məlumat yayıb.
“Su-35-dən bir çox qabaqcıl texnologiyalar tətbiq edilib. O, Su-57 təyyarələrində istifadə edilən texniki hissələrin təkmilləşdirilməsi üçün platforma qismində istifadə olunur”, - deyə məlumatda bildirilir.
Bu texnologiyalara avionika kompleksləri, optik cihazlar, radar qurğusu, kəşfiyyat kompleksi və idarəetmə rejimi kimi texniki hissələr aiddir.
Ağalar Qəribov
Ordu.az