Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, HHQ Havaydakı Pörl Harbor bazasında yeni hidrogen istehsalat təsisatı qurub.
Təsisatda hidrogen məhsulu müxtəlif növ cihazları hərəkətə gətirmək üçün yanacaq kimi istifadə edilir. Bu, ABŞ-ın hidrogen yanacağının yeni nəsil maşınlarda nə dərəcədə effektiv olmasını müəyyənləşdirmək üçün başlatdığı layihənin tərkib hissəsidir.
Artıq on ildən uzun müddətdir üzərində işlənilən layihənin əsas üstünlüyü isə əldə olunacaq yanacaq növünün zərərsiz emissiya xaric etməsidir.
Ağalar Ağalarlı
Ordu.az