"Hindistan Silahlı Qüvvələrinin zəruri ehtiyaclarını ödəmək məqsədilə Müdafiə Nazirliyi 2,5 milyard dollar dəyərində xidməti satınalma təklifini təsdiqləyib".
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Hindistan Müdafiə naziri Nirmala Sitharaman bəyan edib.
Məlumata görə, təklifə əsasən orduya 1,9 milyard dollar dəyərində 740 min ədəd Hindistan istehsalı olan hücum tüfəngi, 153 milyon dollar dəyərində 5719 ədəd snayper tüfəngi və 280 milyon dollar dəyərində yüngül pulemyotlar alınacaq.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Hindistan
Hindistan-ordusu