Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
2019-cu maliyyə ilində Pentaqon öz tarixində ən böyük büdcəni alacaq və bu büdcədən istifadə edərək bir sıra unikal proqramlar yaradacaq.
Hesabatlara görə, ayrılan məbləğdən 10 milyard dollar PUA-ların modernləşdirilməsi və təkmilləşdirilməsinə sərf edəcək.
Qeyd edilir ki, əvvəlcə bütün tip PUA-ların idarə edilməsi üçün vahid sistemin yaradılması planlaşdırılır.
Ekspertlərin fikrincə, həyata keçirilən işlər ABŞ ordusunun imkanlarını daha da artıracaq.
Ordu.az