Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, XAO-nun günəş enerjisi ilə işləyən PUA-nın sonuncu versiyasının ekstremal hava şəraitindəki sınaqları ötən ay başa çatıb. Mandarin dilindən tərcümədə “Göyqurşağı mənasını verən “Caihong” (CH) adlı dron Pekin Aerokosmos Təkan İnstitutu tərəfindən hazırlanıb.
CH-4-ün sonuncu versiyası Çinin şimal-qərbində 6 günlük bombardman sınağına qatılıb. O, Çinin ilk yaxın kosmik günəş batareyalı dronudur. Yaxın kosmos dedikdə dəniz səviyyəsindən 20-100 kilometr yüksəklik arasındakı məsafə başa düşülür.
Həmin yüksəklikdə havanın seyrəlməsi ənənəvi növ yanacaqlardan istifadə edən təyyarə mühərriklərinin səmərəliliyini azaldır. Bunun əksinə olaraq günəş batareyalı dronlar yer atmosferinin xarici təbəqəsində daha səmərəli ola bilir. Gələcəkdə bu tipli dronların aylarla fasiləsiz uçuş qabiliyyəti əldə edəcəyi gözlənilir.
Ağalar Ağalarlı
Ordu.az