Azərbaycanın zirehli maşınları: “Gürzə-2” taktiki kəşfiyyat patrul maşını – Hərbi ekspert (FOTOLAR)

2018/02/2_3037015608.jpg
Oxunub: 8243     11:44     13 Fevral 2018    
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində “Matador”, “Marauder”, “Otokar”, “Mercedes-Benz G-Class”, “Renault Sherpa 2”, “Land Rover Defender”, “Sand Cat” kimi həm lisenziya əsasında hazırlanan, həm də tərəfdaş ölkələrdən alınan zirehli avtomobillərlə yanaşı, tam yerli istehsal olan “Gürzə” taktiki kəşfiyyat patrul maşınlarından (TKPM) istifadə olunur. Bu avtomobillərin təchizatına görə əsasən iki növə ayrılır. Bu sinif avtobillərin ilk nümayəndəsi olan “Gürzə-1” haqqında keçən yazımızda məlumat vermişdik. Bu dəfə isə bu sinifin daha mükəmməl versiyası olan “Gürzə-2” barədə fikirlərimizi Sizinlə bölüşmək niyyətindəyik.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin mühəndislərinin istehsalı etdiyi “Gürzə” zirehli avtomobilinin yeni modeli olan “Gürzə-2” ilk dəfə Bakı Ekspo Mərkəzində təşkil olunan “ADEX 2016” İkinci Azərbaycan Beynəlxalq Müdafiə sərgisində nümayiş olunub.

“Gürzə-2” TKPM da sələfi kimi məhşur yolsuzluq brendi olan “Toyota Hilux 4X4” bazası üzərində yaradılıb. Avtomobilin mühərrikinin həcmi 2500 kub santimetrdir.

Avtomobilin uzunluğu 5270 mm, eni 1680 mm, hündürlüyü isə 2120 mm-dir. Ekipaj tətbiq olunan SARP sistemi (daha sonra bu sistemin təyinat və xüsusiyyətlərinin tam açıqlaması təqdim ediləcək) sayəsində sürücü və komandir daxil olmaqla 7 nəfərdən 4 nəfərə qədər endirilib. Avtomobildə quraşdırılan 7,62 mm-lik pulemyotla dəqiqədə 800 atəş açmaq və 1500 metrdə hədəfi nişan almaq mümkündür.

Maşının silahlanmasında 360 dərəcə üfüqi bucaq altında və -10 dərəcədən +60 dərəcə şaquli bucaq altında hədəflərə atəş aça bilən 12,7 mm-lik 1 ədəd pulemyot, 40 mm-lik avtomatik qumbaraatan, yanlarda isə 45 dərəcə bucaq altında fırlana və 10-45 dərəcə bucaq altında hədəflərə atəş aça bilən 2 ədəd 7,62 mm çaplı pulemyot və bu silahlar üçün böyük həcmdə patron ehtiyatı daxildir. 12,7 mm-lik pulemyot üçün 400 ədəd, 7,62 mm çaplı pulemyot üçün isə 1000 ədəd mərmidən və əlavə olaraq quraşdırılan 40 mm-lik qumbaraatan üçun 96 ədəd qumbaradan ibarət döyüş dəsti ehriyatı nəzərdə tutulub. Avtomobildə quraşdırılan 7,62 mm-lik pulemyotla dəqiqədə 800 atəş açmaq, 1500 metrdə hədəfi nişan almaq mümkündür.

KN-A markalı kollimator və SPP-M optik nişangahlar silahlardan günün istənilən vaxtında dəqiq atəş aparmağa imkan verir. Yüksək keçicilik qabiliyyətinə malik maşın 144 at gücündə 6 silindirli D-4D dizel mühərrik və 5 ötürücülü mexaniki transmissiya ilə təchiz olunub. Mühərrik, tansmissiya və asqılar əlavə olaraq zirehlə qoruna bilər. Klirens standart modeldən daha yüksəkdir. Əlavə su və yanacaq çənləri mövcuddur. Yanğın əleyhinə sistem avtomatik rejimdə çalışır.

Oxucunu maraqlandıra biləcək “Gürzə-1” və “Gürzə-2” TKPM silahlarında və texnologiyasındakı fərqlərə gəlincə əvvəlcə silahlanmada olan fərqlərdən başlayaq.

“Gürzə-2” modelinin adi “Gürzə-1” TKPM fərqi odur ki, onun silahlanmasında 12,7 mm və 7,62 mm çaplı pulemyotlardan əlavə 40 mm-lik qumbaraatan da yer ala bilir. Həmin silahlar avtomobildə 3 dəqiqə ərzində dəyişdirilə bilər. 7,62 mm-lik pulemyotlar isə əvvəlki modeldə olduğu kimi avtomobilin sağ və sol qapılarında yerləşdirilir.

Digər əsaslı bir fərq silahların döyüş dəstləri ilə bağlıdır. “Gürzə-2” modelində 12,7 mm-lik pulemyot üçün əvvəlki modeldə nəzərdə tutulan mərmi sayı 300 ədəddən 400 ədədə qədər artırılıb, 7,62 mm çaplı pulemyot üçün isə mərmi sayı 1000 ədədə qədər azaldılıb. Əvəzində əldə edilən platforma boşluğuna 40 mm-lik qumbaraatan və 96 ədəd qumbaradan ibarət döyüş dəsti ehtiyatı yerləşdirilib. Yuxarıda qeyd etdiyimiz kimi silah modulu universaldır.

“Gürzə-2” TPKM-nın əvvəlki modeldən başlıca fərqi isə qardaş ölkə Türkiyənin ASELSAN şirkətinin istehsalı olan SARP (Stabilized Advanced Remote Weapon Platform - Uzaqdan idarəolunan sabit qabaqcıl silah sistemi) adətən bu tip taktik texnikalarda və sabit sistemlərdə quraşdırılaraq hava, quru və asimmetrik hücumlardan müdafiə üçün tətbiq olunur.

SARP sistemi sayəsində “Gürzə-2” sələfindən aşağıdakı əsas üstün xüsusiyyətlərə görə fərqlənir:

- gecə və gündüz müşahidə,
- avtomatik rejimdə hədəf aşkarlama və izləmə,
- hərəkətdə olarkən belə hərəkətli hədəflərə dəqiq atəş aça bilmə qabiliyyəti,
- yüksək dəqiqlikli məsafə ölçmə,
- ballistik hesablama,
- mərmi sərfiyyatına nəzarət mexanizmi,
- zəif aşkarlanma ( yüksəkliyi 70 sm),
- yüngül çəki (silahsız, siresiz və sursatsız üst platforma 165 kq, alt isə 50 kq-dır),
- mexanik rejimdə də çalışa bilməsi,
- MIL-STD-810F iqlim standartlarına və EMI/EMC üçün beynəlxalq standartlardan da yüksək olan ABŞ-ın MIL-STD-461E elektromaqnit standartlarına uyqunluq,
- xarici sensorlar və idarəetmə nəzarət sistemləri ilə inteqrasiya edilən interfeys və s.

Yuxarıda sadalan imkanlar və xüsusiyyətlərə malik olan SARP sistemi, qabaqcıl uzaqdan idarəetmə funksiyası ilə döyüşən heyətin təhlükəsizliyini ən üst səviyyədə qorumağa qadirdir.

“Gürzə-2” taktiki kəşfiyyat patrul maşınlarında “Skif” TƏİRK, SPİKE, AQS-17 və AQS-30 silahları ilə yanaşı mühərrikin əlavə zirehlə də təmin edilməsi də mümkündür.

Qısa bir zamanda MSN-nin bu bazarda özunə layiqli yer tutması həqiqətən qürurvericidir.

Bu tip TPKM dünyanın bir cox ölkələrində həm istehsal, həm də istifadə olunur. İndi də onlarda bəziləri ilə qısaca tanış olaq.

“Renault”

Fransa xüsusi təyinatlı qüvvələrinin Yaxın Şərqdə və Afrikadakı fəaliyyətlərini təmin etmək üçün yeni İTV (Internally Transported Vehicle) kateqoriyasından olan yüksək manevr və keçicilik qabiliyəti ilə yanaşı, güclü silaha və rabitə vasitələrinə sahib olan vasitələrə ehtiyac var idi.

“Renault Trucks Defence” (RTD) şirkətindəki mənbələr şirkətin xüsusi qüvvələr üçün yüngül avtomobil hazırladığını bildirdilər. RTD artıq 2016-cı ilin sentyabrında 203 ədəd vasitəni Xüsusi Qüvvələr Komandanlığına təhvil verməyə başladı.

XTQ üçün 443 ədəd maşın alınmasına dair 250 milyon avro dəyərində müqavilə imzalandı. Hazırda şirkət bu texnikaların helikopterdə daşınması üçün yeniliklər axtarışındadır.

2016-cı ilin iyun ayında “Eurosatory” sərgisində RTD şirkəti 4 əsgər və silahlanma qurğusunu daşıyan 4x4 təkər konfiqurasiyasında İTV-nin modelini təqdim etdi. Xüsusi avtomobilin iki ton yük tutumuna, 800 km ehtiyat məsafə gedişinə və 110 km/saat maksimal sürətə malik olduğu məlumdur. Mövcud planlar üzrə avtomobillər 2018-ci ildən etibarən yeni istifadəçilərə çatdırılacaq.

“Jankel Group”

Kral II Abdullah adına İordaniya Konstruktor bürosu KADDB (King Abdullah II Design and Development Bureau) ilə sıx əlaqələr saxlayan Britaniyanın "Jankel Group" şirkəti 2016-ci ildə müqavilə imzalandıqdan sonra "Fox Rapid Reaction Vehicle" maşınlarını Belçikanın XTQ-nə təslim etməyə başlayıb.

Şirkətin məlumatına görə, 1,4 ton yük daşıma qabiliyyətinə malik “Fox” (İordaniyada “Al Thalab” - tülkü) avtomobili “Toyota Land Cruiser” şassisi üzərində qurulub. Müxtəlif silahlarla təchiz edilə bilən maşınlar helikopter və təyyarələrin yük yerlərində daşına bilər.

İstehsalçının sözlərinə görə, avtomobillər V6 4,2 litrlik dizel, V6 4-litrlik benzin və ya V8 4,5 turbo dizel mühərriklə təchiz oluna bilər. Ehtiyat gediş məsafəsi 1200 km-dir. Maşınlar KADDB ilə sıx əməkdaşlıqda İordaniyada istehsal olunur. Suriyada “Al Thalab” avtomobilləri NATO koalisiya qüvvələrinin tərkibində əməliyyatlarda iştirak edirlər.

İTV kateqoriyalı avtomobillər sürətlə təyyarənin yük bölmələrini tərk edərək səfərbər ola bilir. Bu isə xüsusi təyinatlı və desant qüvvələrinin fəaliyyət sektorunun əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verir.

“Battelle”

ABŞ Xüsusi Əməliyyatlar Komandanlığı USSOCOM 2016-ci ilin iyulunda bağlanan 170 milyon məbləğində müqavilə əsasında “Battelle” kompaniyasından İTV kateqoriyasında NSCV (Non-Standard Commercial Vehicle - qeyri-standart kommersiya maşını) avtomobillərini qəbul etməyə başladı. Bu müqavilə ilə bağlı digər təffərüatlar açıqlanmır. Qeyri-rəsmi məlumatlara görə, XTQ-də olan “Toyota Land Cruiser” 76, 78, 79, 200, “Toyota Hilux” və “Ford Ranger” modellərinin hamısı hazırda modernəşdirmə prosesi keçirlər. XTQ üçün xüsusi hazırlanan maşınlar “artan ballistik və təkmil qorunma; optimal asqı və əyləc sistemi, infraqırmızı işıqlandırma da daxil olmaqla bir sıra yeni silah, əməliyyat, idarəetmə, kəşfiyyat, rabitə, aşkaretmə və izləmə sistemlərinin inteqrasiyasına məruz qalacaq”.

2013-cü ildə “Battelle” şirkəti 300 ədəd “Toyota Land Cruiser” və “Hilux” NSCV avtomobilini ABŞ Xüsusi Əməliyyatlar Komandanlığına təhvil verib.

Üstün xüsusiyyətlərə malik TPKM kateqoriyasından olan vasitələr XTQ-dən başqa digər qoşun növlərində də müsbət qiymətləndirilir. Əsasən Kanada və ABŞ-ın digər birləşmələrində bu vasitələr uğurla tətbiq edilməyə başlayır.

Hazırda genişlənməkdə olan patrul kəşfiyyat maşınlarının bazarının gələcəkdə də davamlı inkişaf edəcəyi gözləniləndir. Həmçinin daha yüngül və manevrli modellərə tələbat arta bilər.

Gələcəkdə kiçik miqyaslı və lokal münaqişələrdə istifadə etmək üçün TPKM-lərin piyada bölmələrin manqalarını daşıya biləcək 8-10 yerlik modellərinə ehtiyac duyulacağı labüddür. Bu piyada bölmələrinin desant çıxarma rayonlarına, ön xətt və ya sərhəd bölgələrindəki təxribat ərazilərinə operativ müdaxilə etməyə imkan yaradacaq. Proseslər də getdikcə aşağı intensivlikdə olan münaqişələrin artması ənənəsini təsdiqləyir ki, bu da daha yüksək surət və manevrli yüngül hərbi maşınlara ehtiyacın atracağının göstəricisidir.

Hərbi ekspert Ədalət Verdiyev
Yazı Ordu.az-a məxsusdur

Teqlər: Gürzə-1   Gürzə-2   MSN  

Xəbər lenti

Azərbaycanın zirehli maşınları: “Gürzə-2” taktiki kəşfiyyat patrul maşını – Hərbi ekspert (FOTOLAR)

2018/02/2_3037015608.jpg
Oxunub: 8244     11:44     13 Fevral 2018    