ABŞ ilk dəfə M113 robotlarının təlimlərini keçirib - VİDEO

2018/02/1059082536234_1518275894.jpg
Oxunub: 968     19:43     10 Fevral 2018    
ABŞ ordusu ilk dəfə olaraq pilotsuz M113 zirehli personal daşıyıcılarını mina əleyhinə əməliyyatlarda istifadə edib.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, M113 əməliyyat aparan mühəndisləri qorumaq məqsədilə ilə 50 kalibrlik pulemyotdan atəş açıb. Silahın operatoru və cihazı idarə edən şəxs zirehli daşıyıcının içində olmayıblar. Videonun 1:00-1:03 hissəsində cihazın atəş açdığı görünür.

ABŞ ordusunun Yeni Amerika Təhlükəsizlik Mərkəzinin texnologiya və təhlükəsizlik üzrə rəhbəri Paul Şarreyə görə, ordu silahlı robotlar istifadə etmək məsələsində tam həvəsli deyil. Buna səbəb robotların döyüş qaydalarını anlamaqda çətinlik çəkməsi, bir çox siyasətçilərin robotların hərbiləşdirilməsindən ehtiyat etməsi və robotların bəzən düşmənlə dostu ayırd etmə qabiliyyətini itirməsidir.

Qeyd edək ki, Rusiya ordusu da bir neçə ildir ki, “Nerexta”, “Uran-9” və “Vikr” cihazlarını sınaqdan keçirir. Onların hər biri böyük kalibrli pulemyotlardan tutmuş, AG-30M qumbara atanları və tank əleyhinə raketlərə qədər müxtəlif səviyyədə silahlanıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: M113   Təlimlər  

Xəbər lenti

ABŞ ilk dəfə M113 robotlarının təlimlərini keçirib - VİDEO

2018/02/1059082536234_1518275894.jpg
Oxunub: 969     19:43     10 Fevral 2018    