Türkiyədə tankların aktiv müdafiə sistemi hazırlanıb

2018/02/10234534_1518174918.jpg
Oxunub: 3654     19:14     09 Fevral 2018    
Türkiyənin müdafiə şirkətlərindən olan ASELSAN tanklar və digər növ zirehli texnikalar üçün müasir aktiv müdafiə sistemi hazırlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Şirkətin mühəndis və konstruktorları əsas diqqəti Türkiyə Silahlı Qüvvələrinin silahlanmasında olan “Leopard 2” və M60 ağır tanklarının modernləşdirilməsinə yönəldir.

Həmçinin Türkiyə istehsalı olan “Altay” tanklarına da bu sistemlərin tətbiq edilməsi planlaşdırılır.

“Bulat” adı alan sistem radioelektron mübarizə də aparmağa qadirdir və bu baxımdan onlarla təchiz edilən tankların güclənəcəyi şübhə doğurmur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Altay  


Bizi "telegram"da izləyin