Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, relsotron üzərində qurulan bu top vasitəsilə həm rəqib gəmisi, həm də eyni asanlıqla kosmik peyki vurmaq olar.
Sosial şəbəkələrdə Çin Silahlı Qüvvələrinin yeni silahının şəkilləri peyda olduqdan sonra bir çox ekspertlər bu silah barədə fikirlər bildirməyə başladılar.
Bir çox ekspertlər hesab edirlər ki, relsotron toplar gələcəkdə ənəvi silah növlərini əvəz edəcəklər. Çünki onlar daha böyük gücə, daha iti sürətə, daha böyük dəqiqliyə və daha genişmiqyaslı fəaliyyət radiusuna malikdir.
Çin KİV-lərinin verdiyi məlumatlara görə, bu top Hərbi Dəniz Qüvvələrində istifadə olunacaq. Hazırda silah üzərində sınaqlar keçirilir.
Dünən isə Çin Müdafiə Nazirliyi bəyanat verdi ki, yeni top sınaqlardan sonra Çin donanmasında olan dünyanın ən böyük esminesinə quraşdırılacaq.
Ağalar Qəribov
Ordu.az