ABŞ HDQ pilotsuz “dəniz ovçusu”nu təhvil alıb – VİDEO
Oxunub: 1719
18:41
01 Fevral 2018
ABŞ Müdafiə Nazirliyinin Prespektivli Müdafiə Layihələri Agentliyi (DARPA) uğurla ACTUV gəmisinin sınaqlarını tamamlayıb.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, DARPA artıq gəmini sonrakı sınaq mərhələləri üçün Hərbi Dəniz Araşdırmaları İdarəsinə təhvil verib.
ACTUV (Anti-Submarine Warfare Continuous Trail Unmanned Vessel) yüksək muxtariyyətə malik suüstü pilotsuz gəmidir, o, bir neçə ay patrul rejimində fəaliyyət göstərə bilər.
Gəmi keçdiyi bütün sınaqlarda uğurlu nəticələr göstərib və istehsalçıların qeyd etdikləri bütün xüsusiyyətləri təsdiq edib.
Qeyd edək ki, ACTUV-un fəaliyyətinin P-8 “Poseidon” qayıq əleyhinə təyyarələri, MQ-4C “Triron” PUA-ları və xüsusi hidroakustik qurğularla əlaqəli şəkildə qurulacağı planlaşdırılır.