Ordu.az “Yonhap” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Satınalma Proqram İdarəsi (DAPA) məlumat yayıb.
DAPA-nın məlumatına görə, 2800 tonluq “Daegu” gəmisinin dizaynında gizliliyə üstünlük verilib. O, hibrid elektrik itələmə sistemindən istifadə edir. Bu isə gəmidə səs-küyü azaltmaqla yanaşı, lazım olanda sürətli manevr imkanlarını təmin edir.
Bundan başqa, o TASS sistemi və “Hong Sang Eo” uzaqmənzilli sualtı əleyhinə torpedosu ilə təchiz olunub. Həmçinin, freqata gəmi-quru, gəmi-gəmi raketləri, dəniz silahları və “Phalanx” yaxın məsafəli silah sistemləri də quraşdırılıb.
Ağalar Ağalarlı
Ordu.az