Ordu.az Znak.com saytına istinadən xəbər verir ki, bunun üçün “Kalaşnikov” konserninin bir sıra avtomatları seçilib.
Məlumata görə, AK-12 və AK-15 avtomatlarının ümumi qoşun hissələri, “Deqtyarev” adına zavodun AEK-971 və AEK-973 avtomatları isə xüsusi bölmələrin əsgərlərinin silahlanmasına əlavə ediləcək.
Həmçinin bu avtomatlar “Ratnik” döyüş ekipirovka vasitələrinin sınaqlarının keçirilməsi zamanı da istifadə olunub və nəticələrdən sonra həm avtomatların, həm də “Ratnik”in orduya qəbul edilməsi barədə qərar qəbul olunub.
Qeyd edək ki, hazırda Rusiya ordusunun əsas avtomatı Sovet silah mühəndisi Mixail Kalaşnikov tərəfindən hazırlanan AK-74-dür. Bu avtomat silahlanmaya 1974-cü ildə qəbul edilib.
Ağalar Qəribov
Ordu.az