ABŞ İordaniyaya “Black Hawk” helikopterləri çatdırıb

2018/01/2345234_1517225878.jpg
Oxunub: 4308     19:34     29 Yanvar 2018    
Birləşmiş Ştatlar İordaniyaya Suriya ilə sərhədində terrorçu qruplara qarşı gücləndirmə planının bir hissəsi kimi yeni helikopterlər təhvil verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Cozef Votel və İordaniya Baş Qərargah rəisi general Mahmud Frəyatın iştirak etdiyi “Kral Abdullah” aviabazasında baş tutan tədbirdə helikopterlər İordaniya ordusuna verilib.

“Birləşmiş Ştatlar İordaniya Hərbi Hava Qüvvələrinin İordaniyanın sərhədlərini müdafiə etmək, terror qarşı mübarizə aparmaq və İŞİD-ə qarşı koalisiyanın əməliyyatlarına töhfə vermə səylərini dəstəkləməkdə davam edir”, - deyə ABŞ-ın İordaniyadakı səfiri Henri Vuster bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-İordaniya   Black-Hawk  


Bizi "telegram"da izləyin