“Airbus” İspaniya HHQ-yə yeni “Eurofighter”lər çatdırıb

2018/01/spanish-air-force-eurofighter-typhoon-from-ala-11-based-in-moron-519345345_1516864563.jpg
Oxunub: 2892     15:14     25 Yanvar 2018    
“Airbus” müdafiə və kosmos şirkəti İspaniya Hərbi Hava Qüvvələrinə ən son standartlara malik 2 ədəd “Eurofighter Typhoon” qırıcısı çatdırıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu qırıcılar təkmilləşdirilmiş hava-yer konfiqurasiyası ilə istehsal olunub.

Kompaniyanın “Eurofighter Typhoon” təyyarələrin təkmilləşdirilməsi üçün P1Eb FW konfiqurasiya proqramı var. Proqram sözügedən qırıcıların təkamülünün əsas hissəsini əhatə edir. İspaniya aviasiya qüvvələrinə çatdırılan yeni təyyarələr məhz bu konfiqurasiya ilə hazırlanıb

İspaniya Satınalma Agentliyi DGAM 73 ədəd təyyarənin alınması ilə bağlı kompaniya ilə müqaviləsi var və artıq bunların 67-si ölkəyə tədarük edilib. Digər 6 təyyarənin isə 2018 və 2019-cu ildə təhvil alınacağı gözlənilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Airbus   Eurofighter  


Bizi "telegram"da izləyin