ABŞ Riyada 500 milyon dollarlıq raket satışını təsdiqləyib

2018/01/213123_1516297249.jpg
Oxunub: 3717     01:37     19 Yanvar 2018    
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 500 milyon dollar dəyərində raket sistemləri üçün dəstək xidmətlərinin satışını təsdiqləyib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, məlumatı yayan Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq Agentliyi Konqresə qərarla bağlı məlumat verildiyini bildirib.

Konqres qarşıdakı 30 gün ərzində qərarı nəzərdən keçirəcək, lakin hansısa bir hüquqi aktın qəbul olunması tələb olunmur.

Potensial satış Səudiyyə Ərəbistanının “Patriot Ərazi Nəzarət Proqramı (ƏNP), Patriot Qabaqcıl Mühəndislik Xidmətləri (QMX), Patriot Qabaqcıl İmkanlar 3 (PAC-3) üçün texniki dəstəyin davam etdirilməsini tələb etməsi ilə bağlı həyata keçiriləcək. Paketə “Patriot” və “Hawk” raket sistemləri üçün ehtiyat hissələr və logistik dəstək xidməti də daxildir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin