Hindistan nüvə imkanına malik Agni-V raketini sınaqdan keçirib

2018/01/116_182615162626447567_1516273580.jpg
Oxunub: 4404     19:05     18 Yanvar 2018    
Hindistan nüvə başlığı daşıya bilən Agni-V qitələrarası ballistik raketin son konfiqurasiyasını sınaqdan keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Hindistanın müdafiə naziri Nirmala Sitaraman bildirib.

“Biz bu gün Agni-V raketini uğurlu atışını həyata keçirdik”, - deyə o qeyd edib.

Raketin uğurlu sınağını Hindistan prezidenti Ram Nat Kovindi də qeyd edib. O, bildirib ki, bu hadisə hər bir hindlini qürurlandırır.

“Müdafiə üzrə Tədqiqat və İnkişaf Təşkilatının alimlərini təbrik edirəm. Belə də davam edin. Yeni raket ölkəmizin strateji müdafiəsini daha da gücləndirəcək”, - deyə prezident əlavə edib.

Qeyd edək ki, təxminən 17 metr uzunluğa və 2 metr genişliyə malik Agni-V 50 tona qədər yük daşıya bilir. O həm də, bir tondan artıq çəkidə nüvə başlığı daşımağa qadirdir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Agni-V   Hindistan  


Bizi "telegram"da izləyin