ABŞ Koreya yarımadasında 3 növ strateji bombardmançı yerləşdirir

2018/01/lcgQdEW54646_1516177666.jpg
Oxunub: 3412     16:30     17 Yanvar 2018    
ABŞ Hərbi Hava Qüvəələri Koreya yarımadasının cənubunda yerləşən Quam adasındakı aviabazasına 6 ədəd B-52 “Stratofortress” strateji bombardmançısı göndərir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin mətbuat xidməti tərəfindən yayılan məlumatda bildirilir.

“6 ədəd B-52H “Stratofortress” bombardmançısı və 300-ə yaxın umuş aparatı Sakit Okean komandanlığına dəstək vermək məqsədilə Hərbi Hava Qüvvələrinin Luiziana şatatında yerləşən Barksdeyl bazasından Quam adasında yerləşən Andersən aviabazasına yollanacaqlar”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, ötən həftə Quam adasına 3 ədəd “Spirit” strateji bombardmançısı və təxminən 200 hərbi quluqçu, ondan öncə isə B-1B “Lancer” strateji bombardmançıları göndərilmişdi.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Koreya-böhranı   Spirit  


Bizi "telegram"da izləyin