Hindistan 553 milyon dəyərində silah alacaq

2018/01/45645656_1516175564.jpg
Oxunub: 3167     15:50     17 Yanvar 2018    
Hindistan sərhəd qoşunları üçün 553 milyon dollar dəyərində 160 min yeni silah alacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

Satınalma çərçivəsində 72400 ədəd piyada tüfəngi və 93895 karabin alınacaq.

Silahların alınmasında məqsədin sərhəddə yerləşən qoşunların fövqəladə hallara daha hazır vəziyyətə gətirilməsi olduğu bildirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Silahlanma  


Bizi "telegram"da izləyin