Çin donanması yeni raket freqatını istifadəyə verib

2018/01/CSP-93_Type-054A-cover-image45645_1516086053.jpg
Oxunub: 2005     14:57     16 Yanvar 2018    
Çin donanması ölkənin Dalian dəniz limanında yeni raket freqatını “Wuhai”ni istifadəyə verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun (XAO) mətbuat xidməti məlumat yayıb.

Hərbi ekspert və TV şərhçisi Sonq Cinqpinq bildirib ki, “Wuhai” XAO donanmasının dəniz müdafiəsi üçün əsas filotiliya olan “Type 056” ailəsinin sonuncu üzvüdür.

O əlavə edib ki, “Type 056” ailəsi donanmanın köhnə nəsil gəmiləri “Type 037” və “Type 053” istifadə müddətlərini başa vurduqdan sonra missiyasına başlayıb. Bu gəmilərin uzunluğu 89, genişliyi isə 12 metrdir və 1300 ton yük götürmə qabiliyyətinə malikdir. Onlar maksimum saatda 52 kilometr sürət yığa bilirlər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: XAO   Wuhai  


Bizi "telegram"da izləyin