Ordu.az BPMD portalına istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya KİV-ləri məlumat yayıb.
İlk iki helikopter 2017-ci ildə Cənubi Koreyada hazırlanaraq sınaqlardan keçirilib. Helikopterlər Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin gəmilərində, o cümlədən “Dokdo” desant gəmisində də yoxlanılıb.
2016-cı ilin dekabr ayında imzalanan müqavilə çərçivəsində 2023-cü ilədək Cənubi Koreyanın dəniz piyadaları 30 ədəd MUH-1 helikopteri ilə təchiz edilməlidir.
Ordu.az