Ordu.az Sdelanounas.ru saytına istinadən xəbər verir ki, bu barədə “Texmaş” konserninin direktoru Vladimir Lepin bəyan edib.
“Yeni 40 millimetrlik prespektivli “Balkan” qumbaraatanlarının orduda istifadəsi döyüş zamanı effektivliyin artırılmasına imkan verəcək”, - deyə Lepin bildirib.
Onun sözlərinə görə, “Balkan” qumbaraatanları dünyadakı bütün analoqlarını əsas xüsusiyyətlərinə görə qabaqlayır.
“Nişangah və gecə-gündüz saatlarında istifadə baxımdan qumnatanada təkmilləşdirmə işləri aparılıb, həmçinin qumbaraatanın bütün detal və elementləri ən müasir texnologiyalarla işlənib”, - deyə “Texmaş” rəhbəri vurğulayıb.
Qeyd edək ki, qumbaraatanın çəkisi 32 kiloqram təşkil edir. 20 ədəd qumbaranın çəkisi isə 14 kiloqramdır. AQS-40-ın sürəti dəqiqədə 400 (növbə ilə) atış təşkil edir.
Ağalar Qəribov
Ordu.az