Ordu.az “Interfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə sənayesindən olan mənbələr məlumat yayıb.
“2018-ci ildə Su-34 qırıcılarının orduya ilk təhvil verilməsi baş tutub. Bu iki çoxfunksiyalı qırıcı Çelyabinsk vilayətinin aviapolkunun silahlanmasına daxil ediləcək”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, 2017-ci ildə Rusiya Aerokosmik Qüvvələrinə 14 ədəd Su-34 bombardmançısı təhvil verilib.
Ordu.az