Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin ordusunun analitikləri bildirib.
Çinin ilk aviadaşıyıcısı olan “Liaoning” Sovet istehsalı daşıyıcının təmir olunmuş versiyasıdır. O 2012-ci ildə istifadəyə verilib. İkinci aviadaşıyıcı isə Çinin ilk yerli məhsuludur.
“Çinin ilk yerli aviadaşıyıcısı fevralın ortalarında Bahar Festivalı ərəfəsində ilk dəniz sınaqlarını həyata keçirə bilər”, - deyə pekinli donanma eksperti Li Ci bildirib.
Ağalar Ağalarlı
Ordu.az