ABŞ dəniz piyadaları alman avtomatları ilə silahlandırılır

2018/01/1484845121525151_1515511236.png
Oxunub: 3949     00:03     10 Yanvar 2018    
ABŞ Dəniz Piyadaları Korpusunun komandanlığı rəsmi şəkildə M4 tüfənglərinin M27-lərlə əvəzlənəcəyini təsdiq edib.

Ordu.az “Voyennoye obozreniye” nəşrinə istinadən xəbər verir ki, bu barədə Thefirearmblog.com portalı məlumat yayıb.

M27 tüfəngi uğurla bütün sınaqlardan keçib və ötən ilin avqust ayında ABŞ Dəniz Piyadaları Korpusu 50 mindən çox bu tüfəngdən almaq istədiyini bəyan etdi.

İndi isə məlumatda ABŞ tərəfindən 50 814 ədəd “Infantry Automatic Fifles” şirkətinin avtomatik M27 tüfənginin alındığı bildirilir.

Qeyd edək ki, artıq tüfənglər dəniz piyadalarına təhvil verilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   dəniz-piyadaları   M27  


Bizi "telegram"da izləyin