Ordu.az topwar.ru saytına istinadən xəbər verir ki, bu barədə “Terminator”ları istehsal edən “Uralvaqonzavod” şirkəti məlumat yayıb.
“Hazırda dövlət sifarişinin yerinə yetirilməsi üzrə işlər aparılır. Təhvil vermənin martda başlanacağı təxmin edilir”, - deyə məlumatda bildirilir.
2018-ci ildə Rusiya ordusuna 10 “Terminator”un təhvil verilməsi planlaşdırılır.
Qeyd edək ki, “Terminator” çoxməqsədli, yüksək döyüş müdafiəsinə malik tırtıl üzərində quraşdırılan atəş dəstəyi maşınıdır. “Terminator”lar tank, yüngül zirehli maşın və BMP-ləri məhv etməyə, helikopterlər, aşağı yüksəklikdən uçan rəqib təyyarələrini vurmağa qadirdir.
Ordu.az