Rusiya Aerokosmik Qüvvələri yeni aviabomba ilə təchiz ediləcək

2018/01/regnum_picture_1515472068493582_big345_1515480719.jpg
Oxunub: 2354     14:49     09 Yanvar 2018    
“Artıq yaxın zamanlarda Rusiya ordusunun silahlanmasında yeni “Drel” aviabombaları daxil olacaq”.

Ordu.az Regnum.ru saytına istinadən xəbər verir ki, bu barədə “Texmaş” konserninin baş direktoru Vladimir Lepin bəyan edib.

Lepinin sözlərinə görə, planlaşdırıcı bombanın dövlət sınaqları 2016-cı ildə başlayıb və 2018-ci ildə bitməsi planlaşdırılır, bundan sonra isə “Drel” Rusiya ordusunun silahlanmasına qəbul ediləcək.

“Bu, özü hədəf müəyyənləşdirici döyüş elementləri ilə təchiz edilən 500 kiloqramlıq planlaşdırıcı bomba kasetinin yeni baza nümunəsidir”, - deyə “Texmaş” rəhbəri bildirib.

Qeyd edək ki, üç metrlik yeni bomba mühərriksiz şəkildə öz uçuşunu QLONASS siqnalları üzrə tənzimləyərək planlaşdırmağa qadirdir. “Drel” hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrindən müdafiə kompleksi ilə təchiz edilib. Bir “Drel” rəqibin atıcı batareyası və ya tank kalonunu dayandırmağa qadirdir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Drel  


Bizi "telegram"da izləyin