Su-30SM qırıcısı Rusiya dəniz aviasiyasının əsas təyyarəsi olacaq

2018/01/s3-2234234_1515396434.jpg
Oxunub: 4564     15:24     08 Yanvar 2018    
İrkutsk aviazavodunda istehsal olunan ağır Su-30SM qırıcısı Rusiya Rusiya Hərbi Dəniz Donanmasının dəniz aviasiyasının əsas təyyarəsinə çevriləcək.

Ordu.az “Rossiyskaya qazeta” nəşrinə istinadən məlumat verir ki, bu barədə Rusiya Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

“Biz praktiki olaraq bütün operativ-taktiki aviasiya parkını Su-30SM qırıcıları ilə əvəzləyəcəyik. Bu qırıcı bizim əsas təyyarəmiz olacaq”, - deyə Rusiya Hərbi Dəniz Donanması dəniz aviasiyasının sədri İqor Kojin bəyan edib.

İrkutsk aviazavodunun istehsal məsələləri üzrə direktoru Sergey Yamanov isə 2018-ci ilin sonunadək zavodda Rusiya Hərbi Dəniz Donanması üçün daha 55 təyyarə istehsal olunacağını bildirib.

“Təyyarələrin ümumi sayı 116 ədəd olacaq, onlardan 88-i Rusiya Aerokosmik Qüvvələri, 28-i isə Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulub”, - deyə Yamanov vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Su-30SM   HDD  


Bizi "telegram"da izləyin