Rusiya Aerokosmik Qüvvələri 70-dən çox radar sistemi ilə təchiz edilib

2018/01/58207916345634_1515218118.jpg
Oxunub: 4068     13:53     06 Yanvar 2018    
Rusiya Aerokosmik Qüvvələri geridə qalan 2017-ci il ərzində 70-dən çox radar sistemi ilə təchiz edilib.

Ordu.az Flashnord.com saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

“Rusiya Aeroksomik Qüvvələrinin radiotexniki qoşunlarına 2017-ci il ərzində 70-dən çox teni radar stansiyası təhvil verilib. Onların arasında orta və yüksək hündürlüklü “Nebo-M” radar sistemləri, orta və yüksək hündürlüklü “Protivnik”, “Vsevısotnıy obnarujitel”, “Sopka-2” radar sistemləri, aşağı hündürlüklü “Podlyot-2” və “Podlyot-M”, “Kasta-2-2”, “Qamma-S1” radar stansiyaları, o cümlədən müasir “Fundament” avomatlaşdırma vasitəsi kompleksləri var”, - deyə məlumatda bildirilir.

Həmçinin qeyd olunur ki, yeni silahlanma nümunələri daha yüksək döyüş effektivliyinə malikdir, belə ki, köhnə nəsil radar vasitələrindən fərqli olaraq yeni radarlar müasir element bazası və bütün proseslərin avtomatlaşdırılması ilə xarakterizə olunurlar.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Radar-sistemləri   Rusiya  


Bizi "telegram"da izləyin