Ordu.az “Janes”ə istinadən xəbər verir ki, Filippin donanması Anqlo-italyan müdafiə şirkəti “Leonardo”ya sifariş verdiyi iki ədəd sualtılar əleyhinə döyüş (SƏD) bacarığı olan “AW159” çoxməqsədli helikopterlərindən birini 2018-ci ildə qəbul edəcək.
Filippin Xəbər Agentliyi (PNA) tərəfindən verilən məlumatda bildirilir ki, helikopterlərin ilki bu ilin sonuncu rübündə, digəri isə 2019-cu ilin əvvəlində təhvil veriləcək.
Qeyd edək ki, helikopterlərin alınması ilə bağlı Filippin Milli Müdafiə Departamenti 2016-cı ildə “Leonardo” ilə 106 milyon dollarlıq kontrakt imzalayıb.
Çatdırılma donanmanın sualtılar əleyhinə və yer özüllü raketlər əleyhinə imkanlarını önəmli dərəcədə artıracaq.
Ağalar Ağalarlı
Ordu.az