Rusiya Aerokosmik Qüvvələrinə 6 raket daşıyıcısı təhvil veriləcək

2018/01/5a0dd3a4183561be508b456723423234_1515053057.jpg
Oxunub: 3223     16:00     04 Yanvar 2018    
2018-ci il ərzində Rusiya Aerokosmik Qüvvələrinin uzaq aviasiyası 6 ədəd modernləşdirilmiş strateji raket daşıyıcısı ilə təchiz ediləcək.

Ordu.az “Interfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin informasiya şöbəsi məlumat yayıb.

“2018-ci ildə Rusiya Aerokosmik Qüvvələrinin uzaq aviasiyasının heyətinə daha 6 ədəd modernləşdirilmiş strateji raket daşıyıcısı daxil olacaq”, - deyə məlumatda bildirilir.

Həmçinin qeyd olunur ki, 2017-ci il ərzində uzaq aviasiya üç modernləşdirilmiş təyyarə ilə təchiz edilib.

Məlumatda vurğulanıb ki, 2017-ci ildə uzaq aviasiyanın ümumi uçuşu 20 min saatdan daha çox təşkil edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Raket-daşıyıcısı  


Bizi "telegram"da izləyin