Cənubi Koreya ordusu yeni silah akivləşdirmə sistemi qəbul edib

2018/01/12_1514880861.jpg
Oxunub: 1911     18:32     02 Yanvar 2018    
Cənubi Koreya elit qüvvələri və mühəndis birləşmələri partlayıcı maddələrin simsiz siqnal vasitəsilə partladılması üçün təkmilləşdirilmiş və daha yüngül qurğunun yerləşdirilməsini başa çatdırıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Dövlət Silah Agentliyi məlumat verib.

Müdafiə Əldəetmə Proqram Administrasiyası (DAPA) 2014-cü ildə yerli müdafiə firması “Huneed Technologies”lə birlikdə uzaqdan aktivləşdirmə silah sistemi (UASS) hazırlayıb. Bu ilin dekabrında DAPA bu sistemi ordunun xüsusi qüvvələrinə, donanma və dəniz korpusuna, həmçinin mühəndis taborlarına çatdırıb.

“Yeni UASS düşmən komanda mərkəzini məhv etmək, onun ərazisinin dərinliklərinə sızmaq üçün çox faydalıdır”, – deyə agentlik bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DAPA   UASS  


Bizi "telegram"da izləyin