Mərakeş ABŞ-dan AMRAAM raketləri alacaq

2017/12/received_2441478349411652_1514658093.jpeg
Oxunub: 501     02:19     31 Dekabr 2017    
Mərakeş ABŞ-ın “Raytheon” şirkəti ilə qabaqcıl, orta mənzilli hava-hava raketləri olan AMRAAM-ları satın almaqla bağlı razılığa gəlib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Mərakeş KİV-ləri məlumat yayıb.

Bütövlükdə AMRAAM sistemi raketlər, ehtiyat hissələr və telemetrik dəstələri ehtiva edir.

“Raytheon”un müqaviləni 31 yanvar 2020-ci ilə qədər tamamlaması gözlənilir.

2016-cı ildə Mərakeşə silah ixracının 96 faizindən çoxunu təmin edən ABŞ bu ölkə üçün hələ də əsas silah təchizatçısı kimi qalır.

Məlumatlara görə, Mərakeş 2016-cı ildə 254 milyon ABŞ dolları dəyərində silah idxal edib ki, bunun da 244 milyon dolları ABŞ istehsalı olan silahlara xərclənib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mərakeş   ABŞ   AMRAAM  


Bizi "telegram"da izləyin