Ordu.az xəbər verir ki, bu barədə “Defense Blog” nəşri məlumat yayıb.
“Lockheed Martin” şirkətinin nümayəndəsinin sözlərinə görə, yeni raket modul prinsipi əsasında hazırlanacaq – döyüş başlığı da daxil olmaqla hissə və komponentlər raketi asanlıqla ayrı-ayrı hissələrə bölməyə imkan verəcək. Bu isə sifarişçinin sonradan özünün belə raketlərin istehsalını təmin etməsinə yol aça bilər.
Yeni raketin əsas psinsiplərindən biri “qrupşəkilli ov” metodlarının ona quraşdırılması olacaq, nəticədə eyni anda buraxılan iki raket hədəflər haqqında məlumatı aralarında bölüşdürə və “ovu” daha planlı həyata keçirə biləcəklər.
Qeyd edək ki, müqavilənin qiyməti 110 milyon dollar (187 milyon manat) təşkil edir.
Ağalar Qəribov
Ordu.az