Rusiya Qazaxıstana Su-30SM-ləri təhvil verib

2017/12/maxresdefault-39-780x405345345_1514467651.jpg
Oxunub: 373     21:41     28 Dekabr 2017    
Qazaxıstan Silahlı Qüvvələri öz silahlanmasını müasir Su-30SM qırıcıları ilə gücləndirib.

Ordu.az Eurasian-defence.ru saytına istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Təyyarələr Qazaxıstana Rusiya Federasiyası ilə hərbi-texniki əməkdaşlıq çərçivəsində verilib.

“Su-30SM təyyarələri “4++” nəsilə aid olmaqla öz uçuş və taktiki-texniki xüsusiyyətləri ilə 5-ci nəsildən geniş şəkildə fərqlənmir”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, məlumatda Qazaxıstana verilən qırıcıların sayı dəqiqləşdirilmir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Su-30SM   Qazaxıstan  


Bizi "telegram"da izləyin