Ordu.az xəbər verir ki, bu barədə “Interfax” agentliyi Rusiya hərbi sənaye kompleksindəki mənbələrinə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, MiQ-35-lərin seriyalı istehsalı 2018-2027-ci illərdə silahlanma üzrə dövlət proqramına daxil edilib və “MiQ” dövlət şirkəti sifarişin yerinə yetirilməsinə sözün hərfi mənasında növbəti ilin lap əvvəlindən başlayacaq.
Qırıcılar “MiQ” şirkətində istehsal olunsa da, aqreqatların əhəmiyyətli hissəsinin yığılmasında “Sokol” zavodu iştirak edəcək.
Ordu.az