Ordu.az Voyennoe.rf saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, bütün zenit raket kompleksləri zavod sınaqlarından keçirilib və bundan sonra tam tərkibdə qoşunlara təhvil verilib.
“Pantsir-S” ZRK-sı yaxın mənzilli hava hücumundan müdafiə sistemidir. Mülki və hərbi təyyarələr, o cümlədən uzaq mənzilli hava hücumundan müdafə kompleksləri, bütün müasir və prespektivli hava hücumu vasitələrinə qarşı effektivdir. Həmçinin obyektləri yerüstü və sualtı hücumlardan qorumağa qadirdir.
Ağalar Qəribov
Ordu.az