“Moskva ətrafında Rusiya Qərb Hərbi Dairəsinin ümumqoşun ordusunun heyətinə yeni artilleriya briqadası daxil olub”.
Ordu.az “Rossiyskaya qazeta” nəşrinə istinadən xəbər verir ki, bu barədə Qərb Hərbi Dairəsinin ümumqoşun komandanının müavini, general-mayor Timur Trubiyenko bəyan edib.
“Yeni artilleriya briqadasına “Uraqan” reaktiv sistemləri, modernləşdirilən və sürəti artırılan “Msta-SM” özüyeriyən artilleriya qurğusu, həmçinin “Şturm-S” özüyeriyən tank əleyhinə kompleks daxildir”, - deyə Trubiyenko qeyd edib.
O bildirib ki, 2018-ci ildə dövlət sifarişi əsasında ordunun təchizatı davam etdiriləcək və ordunun, artilleriya birləşmələrinin silah və texnika parkının genişləndirilməsi döyüş imkanlarını artıracaq.
“Çoxməqsədli “Şturm-S” özüyeriyən tank əleyhinə kompleks eyni anda bir neçə tankla mübarizə aparmağa qadirdir. O, tanklarla yanaşı digər zirehli maşınlara qarşı da çox effektivlidir. Həmçinin canlı qüvvələrin, hətta aşağı yüksəklikdən uçan helikopter və PUA-ları vurmağa da qadirdir”, - deyə general bildirib.