ABŞ “Paladin” və “Abrams”ları modernləşdirir

2017/12/IMG-20171225-WA0016_1514223887.jpg
Oxunub: 438     02:21     26 Dekabr 2017    
Amerika ordusu öz zirehli texnikasının irimiqyaslı şəkildə modernləşdirilməsinə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Voyenno-promışlennıy kuryer” nəşri məlumat yayıb.

ABŞ Müdafiə Nazirliyi “BAE Systems” şirkətinə M109A7 qaubitsalarının istehsalı, “General Dynamics” şirkətinə isə M1A1 “Abrams” tanklarının modernləşdirilməsini tapşırdığı bildirilir.

Ordu üçün yeni qaubitsaların alınması “Paladin Integrated Management” proqramı çərçivəsində həyata keçirilib. “BAE Systems” şirkəti ABŞ ordusu üçün M109 “Paladin” qaubitsalarının müasir modofikasiyasını hazırlayıb, lakin onlar artıq A7 adlanacaq. Görünüşcə öz xələfindən az fərqlənən qaubitsa, daxili xarakteristikasına görə, demək olar ki, yeni döyüş maşınıdır.

Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Abrams   Paladin