Rusiya Suriya ordusuna onlarla müasir T-90 tankları göndərib

2017/12/ctygwxcv2lsn8igcs2zs34234_1514208589.jpg
Oxunub: 399     22:27     25 Dekabr 2017    
Rusiya son aylarda Suriya ordusuna onlarla müasir T-90 tankları göndərib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Moskva oktyabrın əvvəllərindən bu vaxta qədər Suriya ordusuna ən azı 40 ədəd T-90 tankı verib.

Məlumatda bildirilir ki, yeni nəsil T-90-lar Rusiya karqo gəmiləri vasitəsilə Bosfor boğazından keçməklə Suriyanın liman şəhəri əl-Laziqiyyəyə gətirilib.

Ordunun artilleriya dəstələrinin Muğr əl-Mir və Beyit Cində həyata keçirilən əməliyyatlar zamanı zirehli vasitələri quraşdırılmış ZU-23 toplarından istifadə etdiyi də bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: T-40   SQQ  


Bizi "telegram"da izləyin